ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun qardaşı Sərxan Həşimovun Avropa Şahmat Birliyinin (ECU) vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə ECU-nun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, S.Həşimovun namizədliyi Azərbaycan Şahmat Federasiyası (AŞF) tərəfindən verilib. AŞF Birliyin prezidenti vəzifəsinə seçkilərdə isə gürcüstanlı Zurab Azmayparaşvilini dəstəkləyir.
Qeyd edək ki, Avropa Şahmat Birliyinin rəhbərliyinə seçkilər bu il iyunun 18-də keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.