AZ

Ebru Gündeş konsertdə etiraf etdi: "10 yaş cavanlaşmışam?"

Ebru Gündeş konsertdə etiraf etdi: "10 yaş cavanlaşmışam?"Türkiyəli məşhur müğənni Ebru Gündeş son konsertində etdiyi açıqlama ilə gündəmə gəlib. Səhnədəki enerjisi və tərzi ilə diqqət çəkən sənətçi ilk dəfə keçirdiyi estetik əməliyyat barədə pərəstişkarlarına danışıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, konsert zamanı tamaşaçılarla söhbət edən Gündeş yarım üz gərmə əməliyyatı etdirdiyini bildirib. O, "Necədir, 10 yaş cavanlaşmışam?" deyə izləyicilərin fikrini soruşub. Müğənninin bu sözləri zalda böyük maraqla qarşılanıb.

Müğənninin səhnə tərzi və son görünüşü sosial mediada da geniş müzakirə olunub. X platformasında istifadəçilər onun dəyişimi barədə "Geyim seçimləri çox uğurludur", "Çox gözəlləşib", "Həm arıqlayıb, həm də gözəlləşib" kimi rəylər paylaşıblar.

Seçilən
20
4
sonxeber.az

5Mənbələr