AZ

Ebru Gündeş konsertdə estetik etirafı ilə gündəm oldu

Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konserti zamanı etdiyi açıqlama ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, sənətçi səhnədə estetik əməliyyat etdirdiyini etiraf edib və izləyicilərə "Üz gərmə əməliyyatı etdirdim. Necədir, 10 yaş cavan görünürəm?" deyə sual ünvanlayıb.

Konsert zamanı tamaşaçılarla söhbət edən Ebru Gündeşin bu açıqlaması zalda maraqla qarşılanıb.

O, həmçinin zalda olan rejissor Yılmaz Erdoğan və aktrisa Demet Akbağa zarafatla səhnədən müraciət edərək, yeni görünüşü ilə "Organize İşler" filmində rol almaq istədiyini bildirib.

Sənətçinin son görüntüsü və açıqlamaları sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun dəyişimini müsbət qarşılayaraq müxtəlif rəylər yazıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
4
baku.ws

5Mənbələr