ABL-nin 1/4 final mərhələsində "Neftçi"yə məğlub olan NTD komandasının baş məşqçisi Tahir Baxşıyev oyunla bağlı fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis mövsümü dəyərləndirib:

"Bu gün biz qələbə qazana bilərdik. Yarımfinala yüksəlmək üçün əla şansımız var idi. Amma oyunun sonunda çox zəif çıxış etdik. Xüsusilə ribaundlarda zəif təsir bağışladıq. Bu çox vacibdir. Yenə də növbəti mərhələyə keçmək üçün bütün imkanlarımız var idi, lakin onları dəyərləndirə bilmədik.

Mövsümə ümumi baxsaq, əsas problem komandamızın çox gec formalaşması oldu. Mövsüm ərzində heyətdə çox dəyişikliklər baş verdi. Əgər bu heyət mövsümün əvvəlindən olsaydı, nəticə tam fərqli ola bilərdi. Oyundan-oyuna artırırdıq, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Düşünürəm ki, növbəti mövsüm daha uğurlu olacaq"