AZ

Tahir Baxşıyevdən etiraf: “Qələbəni əlimizdən verdik”

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsində “Neftçi”yə 97:102 hesabı ilə uduzduqları həlledici oyundan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis yarımfinalın bir addımlığında məğlub olmağın səbəblərini izah edib.

“Bu gün biz qələbə qazana bilərdik. Yarımfinala yüksəlmək üçün əla şansımız var idi. Amma oyunun sonunda çox zəif çıxış etdik. Xüsusilə ribaundlarda zəif təsir bağışladıq. Bu çox vacibdir. Yenə də növbəti mərhələyə keçmək üçün bütün imkanlarımız var idi, lakin onları dəyərləndirə bilmədik”, - deyə Baxşıyev söyləyib.

Baş məşqçi mövsümün ümumi mənzərəsini də dəyərləndirərək, heyətlə bağlı çətinlikləri vurğulayıb:

“Mövsümə ümumi baxsaq, əsas problem komandamızın çox gec formalaşması oldu. Mövsüm ərzində heyətdə çox dəyişikliklər baş verdi. Əgər bu heyət mövsümün əvvəlindən olsaydı, nəticə tam fərqli ola bilərdi. Oyundan-oyuna artırırdıq, amma istədiyimiz nəticəni əldə edə bilmədik. Düşünürəm ki, növbəti mövsüm daha uğurlu olacaq”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr