AZ

Hacıqabulda keçmiş məhkum saxlanıldı

Hacıqabulda keçmiş məhkumda 4 kq narkotik vasitə aşkarlanıb

Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Kamran Ağayev saxlanılıb.

Ondan 4 kiloqramdan artıq narkotik vasitə olan heroin, tiryək, həşiş və marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
5
17
metbuat.az

10Mənbələr