Bakı.Trend:
Hacıqabulda 4 kq narkotik vasitə aşkarlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarıtərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuzdövriyyəsində şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkumolunmuş Kamran Ağayev saxlanılıb. Ondan 4 kiloqramdan artıqnarkotik vasitə olan heroin, tiryək, həşiş və marixuanaaşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəməhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.