AZ

İran parlamentinin sədri Trampı təkzib edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran parlamentinin sədri Məhəmməd Qalibaf ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı vəziyyət və İranın zənginləşdirilmiş uranı ilə bağlı bir sıra iddialarını təkzib edib.

APA xəbər verir ki, Qalibaf bu barədə “X” platformasında paylaşım edib.

“ABŞ Prezidenti bir saat ərzində yeddi iddia irəli sürüb və onların hamısı yalandır”, – parlament sədri yazıb.

Qalibaf hamını İranın xarici işlər nazirliyinin sözçüsünün son müsahibəsinə diqqət yetirməyə çağırıb. Həmin müsahibədə bildirilib ki, İran Trampın iddiasını əksinə zənginləşdirilmiş uranı heç yerə köçürmək niyyətində deyil.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
5
apa.az

7Mənbələr