AZ

İran parlamentinin sədri Trampın iddialarını təkzib edib

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı vəziyyət və zənginləşdirilmiş uranla bağlı bir sıra iddialarını təkzib edib.

APA xəbər verir ki, Qalibaf bu barədə “X” platformasında yazıb.

Parlament sədri bildirib ki, ABŞ Prezidenti bir saat ərzində yeddi iddia irəli sürüb və onların heç biri doğru deyil.

Qalibaf hamını İranın Xarici İşlər Nazirliyinin sözçüsünün son müsahibəsinə diqqət yetirməyə çağırıb. Həmin müsahibədə bildirilib ki, İran Trampın iddiasını əksinə, zənginləşdirilmiş uranı heç yerə köçürmək niyyətində deyil.

Seçilən
2
5
apa.az

7Mənbələr