AZ

ABŞ Konqresindən Trampın zehni sağlamlığının yoxlanılması istənildi 50 demokrat Konqresə müraciət etdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Konqresinə Prezident Donald Trampın vəzifələrini yerinə yetirmək səlahiyyətinin yoxlanılmasını təklif edən qanun layihəsi təqdim edilib.

50 demokratın dəstəyi ilə hazırlanan təklif prezidentin vəzifələrini yerinə yetirmək qabiliyyətini müəyyən etmək üçün tibbi müayinədən keçirilməsini tələb edir.

Qanun layihəsinə prezidentin vəzifələrini, səlahiyyətlərini və məsuliyyətlərini yerinə yetirə bilib-bilmədiyini müəyyən etmək üçün Konqresin tələbi ilə zehni və ya fiziki tibbi müayinədən keçirilməsi müddəası daxildir.

ABŞ Konstitusiyasına görə, prezidentin fəaliyyət qabiliyyətinin itirildiyi aşkar edilərsə, vitse-prezident kabinetin əksəriyyətinin və ya Konqres tərəfindən yaradılmış qurumun yazılı bəyanatı əsasında səlahiyyətlərini icra etməyə başlayır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bu yaxınlarda sosial media paylaşımında Papa Leo XIV-ü tənqid edərək, Papanın "cinayətkarlıq və nüvə silahları məsələsində zəif" və "xarici siyasət məsələsində dəhşətli" olduğunu iddia edib.

Bu tənqidlərdən təxminən bir saat sonra Tramp özünün xristian ənənəsində İsa Məsih kimi təsvir edilmiş şəklini paylaşıb. Bu paylaşım daha sonra Trampın sosial media hesabından silinib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
14
azpolitika.info

10Mənbələr