AZ

Navrotski Trampın paylaşdığı şəklə münasibət bildirdi: Qəbuledilməzdir

Polşa prezidenti Karol Navrotski ABŞ prezidenti Donald Trampın sosial mediada Amerika liderini İsa peyğəmbərə bənzəyən loğman kimi təsvir edən şəkli paylaşmasına münasibət bildirib.

Musavat.com xəbər verir ki, o,Zero YouTube kanalına verdiyi müsahibədə bunu qəbuledilməz adlandırıb: "Biz tanrı deyilik, İsa deyilik, biz prezidentlərik. Cənab Prezident (ABŞ Donald Tramp-red.) dünyanın ən böyük gücünün prezidentidir, amma o, İsa deyil. Müqəddəs Yazıları müntəzəm oxuyan bir katolik kimi İsa ilə müqayisələri qətiyyən qəbul edə bilmərəm"

Eyni zamanda Navrotski özünün və bütün Polşanın Ağ Ev rəhbəri ilə çox yaxşı münasibətlərinin olduğunu vurğulayıb.

Musavat.com

 

Seçilən
0
14
musavat.com

10Mənbələr