Musavat.com xəbər verir ki, sevilən “Yeraltı” serialının bu həftə yeni bölümü efirə çıxmayıb və bunun səbəbi artıq məlum olub. Bildirilir ki, Şanlıurfa şəhərində baş verən üzücü hadisələrdən sonra televiziya kanalları yayım siyasətində müəyyən həssas düzəlişlər ediblər.
Xüsusilə mafiya, aksiyon və qarşıdurma mövzulu serialların efirə verilməsi ilə bağlı qərarlar yenidən nəzərdən keçirilib. Bu səbəbdən yalnız “Yeraltı” deyil, bir sıra digər layihələr də bu həftə yeni bölümlərini yayımlamamaq qərarı verib.
Yayım cədvəlində serialın yerinə təkrar bölümün göstərilməsi sosial şəbəkələrdə qısa zamanda geniş müzakirələrə səbəb olub. Kulis məlumatlarına görə, qərara təsir edən digər mühüm amillərdən biri də reklam gəlirlərinin gözlənilən səviyyəyə çatmaması olub. Belə həssas bir dönəmdə həm reklam bazarındakı geriləmə, həm də aksiyon məzmunun uyğun hesab olunmaması səbəbindən çəkiliş qrupu bölümü bir həftəlik təxirə salmağa üstünlük verib.

İzləyiciləri narahat edən “serial final edirmi?” sualına isə aydınlıq gətirilib. Məlumata görə, serial yayından qaldırılmayıb və yalnız qısa fasilə verilib. Gələn həftə eyni gün və saatda yeni bölümün daha dramatik və diqqətçəkən səhnələrlə davam edəcəyi gözlənilir.
Xüsusilə son bölümdə baş verən kəskin dönüşlərdən sonra yeni seriyaya marağın daha da artdığı qeyd olunur.
Musavat.com