AZ

Yaxın Şərqdəki münaqişə neft bazarını dəyişdi: Azərbaycan qazanan tərəfdədirmi? – TƏHLİL

Bakı. Trend:

Yaxın Şərqdə geosiyasi gərginliyin artması son dövrlərdə qlobalenerji bazarının əsas müzakirə mövzularından birinə çevrilib.Xüsusilə ABŞ–İran qarşıdurmasının kəskinləşməsi və Hörmüz boğazıətrafında yaranan risklər neft bazarında ciddi qiymət artımlarınasəbəb olub. Bu proses nəticəsində “Brent” markalı neft bəzidövrlərdə 100 dollar həddini keçib, hətta analitik ssenarilərdə150–200 dollar aralığına qədər yüksəlmə ehtimalı da müzakirəolunub. Nəticədə Azərbaycan üçün əsas ixrac məhsulu olan “AzeriLight” neftinin qiymətində də kəskin artım müşahidə edilib vəqiymətlər qısa müddətdə 50 faizdən çox yüksəlib. Hazırda Azərbaycanneftinin qiyməti 118 dolları keçib. Belə ki, İtaliyanın Auqustalimanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasındaqiyməti 118,56 ABŞ dolları təşkil edib. Azərbaycanın 2026-ci ildövlət büdcəsində bir barel neftin orta qiyməti isə 65 ABŞ dollarısəviyyəsində hesablanıb. Göründüyü kimi, neft qiymətlərində hazırdamüşahidə olunan kəskin artım dövlət büdcəsində nəzərdə tutulan bazaqiymətlə faktiki bazar qiyməti arasında əhəmiyyətli fərqyaradır.

Mövzu ilə bağlı iqtisadçılar hesab edirlər ki, bufərq qısa müddətdə ölkənin ixrac gəlirlərinin və valyutadaxilolmalarının artmasına müsbət təsir göstərsə də, onun dövlətbüdcəsinə birbaşa və avtomatik şəkildə ötürülməsi mexaniki xarakterdaşımır. Çünki büdcə gəlirləri yalnız neftin satış qiymətindəndeyil, həm də hasilat həcmləri, müqavilə şərtləri, əməliyyatxərcləri və vergi mexanizmlərindən asılı olaraqformalaşır.

İqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, neftin bahalaşmasıqısamüddətli və uzunmüddətli dövrlərdə fərqli iqtisadi təsirləryaradır. Onun sözlərinə görə, qısamüddətli dövrdə bu artımAzərbaycanın ixrac gəlirlərini və büdcə daxilolmalarını yüksəltsədə, uzunmüddətli perspektivdə idxaldan asılı iqtisadiyyatlardainflyasiyanı sürətləndirir və bu da əhalinin alıcılıq qabiliyyətinəmənfi təsir göstərir: “Ümumi kontekstdə neftin hər 10 dollarbahalaşması dövlət büdcəsinə təxminən 400 milyon manat əlavəvəsaitin daxil olmasına səbəb olur. Ötən il Azərbaycan orta hesabla23 milyon ton neft ixrac edib ki, bu da 169 milyon barel deməkdirvə bu göstəriciyə əsasən hər 10 dollarlıq artım ixrac gəlirlərinitəxminən 1,7 milyard dollar artırır".

Eldəniz Əmirov əlavə edib ki, əgərneft nəzərdə tutulandan 40 dollar baha satılırsa, bu artıq 7milyard dollara yaxın əlavə gəlir deməkdir: "Bu da təbii ki,ölkənin valyuta ehtiyatlarının artmasına xidmət edir. Dövlət NeftFondunun hazırda valyuta ehtiyatları 74,5 milyard dollardır,Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,6 milyard dollardır.Bunları topladıqda ölkənin strateji valyuta ehtiyatlarının 85,1milyard dollar olduğunu deyə bilərik".

İqtisadçı hesab edir ki, neft qiymətlərinin artması ilin sonunadoğru Azərbaycanın valyuta ehtiyatlarının daha da yüksəlməsinəşərait yarada bilər. Bununla yanaşı, o vurğulayıb ki, qiymətartımları inflyasiya prosesinə də təsir göstərir. Onun sözlərinəgörə, bu təsir yalnız Azərbaycanla məhdudlaşmır: “Dünyada neftqiymətinin hər 10% artımı inflyasiya göstəricilərinə 0,5 faiz bəndimənfi təsir göstərir”.

İlkin hesablamalara görə, 2026-cı ilin ilk rübündəneft gəlirləri təxminən 20 faiz artıb və bu artım ümumilikdə 360milyon manat əlavə gəlir deməkdir. Bu isə göstərir ki, qiymətlərinkəskin yüksəlməsinə baxmayaraq, fiskal təsir nisbətən məhdud qalır.Bu gəlirlərin idarə olunmasında əsas rol Azərbaycan Dövlət NeftFondu tərəfindən həyata keçirilir. Neft qiymətləri artdıqda yarananəlavə gəlirlərin böyük hissəsi birbaşa büdcəyə yönəldilmir, fondatoplanaraq gələcək dövrlər üçün ehtiyat kimi saxlanılır. Bumexanizm dövlət xərclərinin sabit saxlanmasına və iqtisadiyyatınneft qiymətlərindəki kəskin dəyişikliklərdən qorunmasına imkanyaradır.

Mövzu ilə bağlı iqtisadçı İlham Şaban isə Trend-ə açıqlamasındabildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərinartacağı şübhəsizdir.

İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalmasıprosesi davam edir: "Mövcud şəraitdə qiymət artımının bu azalmanımüəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil– müəyyən mənada dividend kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistikaşirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçıneft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinətəsirinin şişirdilməməsini tövsiyə edib: "Birmənalı şəkildə deməkolmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neftsektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqatartmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonundabüdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin buartımın konkret həcmini yalnız birinci rüb üzrə statistikgöstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünkişirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki,onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq".

İ. Şaban bildirib ki, digər tərəfdən, birinci rübdə şirkətlərinxərclərinin səviyyəsi də hələ məlum deyil və bu amil mənfəətvergisi üzrə ödənişlərin həcminə birbaşa təsir göstərir.

Beynəlxalq təşkilatların qiymətləndirmələri dəAzərbaycanın bu prosesdən müsbət təsir alan ölkələr sırasındaolduğunu göstərir. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD)hesablamalarına görə, enerji qiymətlərinin artması nəticəsindəAzərbaycan kimi ixracatçı ölkələrdə enerji ticarəti profisitiÜDM-in 11–39 faizi səviyyəsinə qədər yüksələ bilər. Bu isə ölkəninxarici valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artmasıdeməkdir.

Beynəlxalq Valyuta Fondu (IMF) da oxşar yanaşma ortaya qoyaraqbildirir ki, geosiyasi risklər enerji ixracatçı ölkələr üçünqısamüddətli dövrdə gəlir artımı yaratsa da, ümumi makroiqtisadibalansı gücləndirə bilər. Bu kontekstdə Azərbaycan xarici balansıyaxşılaşan və fiskal dayanıqlığı artan ölkələrdən biri kimiqiymətləndirilir.

Beynəlxalq Enerji Agentliyi (İEA) isə neft bazarı ilə bağlı ikiəsas ssenari təqdim edir. Orta ssenariyə görə, 2026-cı ilin ikinciyarısından etibarən bazar tədricən profisitə keçir və qiymətlərstabilləşir. Daha pessimist ssenaridə isə uzunmüddətli təchizatpozuntuları nəticəsində neft qiymətlərinin 150–200 dollar aralığınaqədər yüksəlməsi mümkündür. Bu isə Azərbaycanın gəlir imkanlarınıartırsa da, eyni zamanda yüksək volatillik riskini dəgücləndirir.

“Fitch Ratings”in qiymətləndirmələrinə görə, Yaxın Şərqdəgərginliyin artması hətta qısa müddətli olsa belə, enerji ixracatçıölkələr üçün fiskal mövqenin güclənməsi və valyuta ehtiyatlarınınartması ilə nəticələnə bilər. Bu amil Azərbaycanın kredit riskprofili baxımından da müsbət siqnal kimi dəyərləndirilir.

Digər tərəfdən, “ING Group”un analitikləri qeyd edirlər ki,enerji qiymətlərinin artması inflyasiya təzyiqləri yaratsa da,ixrac gəlirlərinin və valyuta daxilolmalarının artması bu təzyiqiqismən kompensasiya edir. Azərbaycanda inflyasiya əsasən 5–6 faizaralığında qalır və daxili enerji qiymətlərinin sabit saxlanılmasıbu sabitliyin qorunmasına kömək edir.

Ümumilikdə, Yaxın Şərqdəki geosiyasi gərginlik Azərbaycan üçünqlobal risk elementi olsa da, iqtisadi baxımdan daha çox imkanyaradan bir prosesə çevrilir. Neft qiymətlərinin təxminən 50 faizartması, ixrac gəlirlərinin yüksəlməsi, valyuta daxilolmalarınıngüclənməsi və fiskal ehtiyatların artması ölkənin makroiqtisadidayanıqlığını möhkəmləndirir. Əsas həlledici amil isə bu əlavəgəlirlərin necə idarə olunmasıdır, çünki uzunmüddətli sabitlik məhzbu resursların səmərəli şəkildə yönləndirilməsindən asılıdır.

Seçilən
23
1
az.trend.az

2Mənbələr