AZ

Rəqs müəllimi yağışda dərsə ayaqyalın getdi VİDEO

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Balakəndə rəqs müəllimi qeyri-adi addım atıb.

"Cebheinfo.az"xəbər  verir ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsində yaşayan Mədinə Çukayeva işə ayaqyalın gedib.

Bu barədə paylaşım edən M.Çukayeva rəqsə olan sevgisinin qarşısında heç nəyin dayana bilməyəcəyini bildirib:

“Yağış, su, qar - mənim üçün fərqi yoxdur. Əgər rəqs dərsim varsa, gedirəm. Həyətimizdəki vəziyyətə baxın: mən dərsə gedirəm, amma necə gedirəm? Yola ayaqyalın çıxıram. Həyətimizin hər tərəfi sudur. İnanın ki, heç bir tərəfdən yola çıxmaq olmur”.

Yağan yağışlar səbəbindən həyəti gölməçəyə dönən qadın ayaqqabısız evdən çıxıb və məhlənin ortasında dəsmalla qurulanaraq ayaqqabılarını geyinərək yola davam edib:

“İndi suyu keçirəm, o qədər çox su var ki, dəhşətdir. Ayaqlarım buz kimidir, ümid edirəm ki, soyuq dəyməz. Şükürlər olsun, artıq yolun kənarına çıxdım. Burada corablarımı və ayaqqabılarımı geyinirəm, ayaqlarımı qurulayıram. Baxın görün nə gündəyəm... Yəqin ki, sənətə olan sevgimi və həvəsimi görürsünüz”.

M.Çukayeva qeyd edib ki, kanal dərin olduğu üçün daşıb:

“Və budur, mən artıq hazıram. Əsas odur ki, yoldan maşın keçməmiş özümü çatdırdım. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah, sağ-salamat gedib çataram. Bizdəki vəziyyətə baxın; əslində bu, bizim həyətimizdən, torpağımızdan keçən çaydır. Sadəcə burada kanal dərindir, çay daşıb buralara gəlib çıxıb”.

Qeyd edək ki, Mədinə Çukayeva “Cahan” Folklor Kollektivinin rəhbəridir. O, eyni zamanda mədəniyyət işçisidir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
2
cebheinfo.az

4Mənbələr