Balakəndə rəqs müəllimi qeyri-adi addım atıb.
Publika.az xəbər verir ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsində yaşayan Mədinə Çukayeva işə ayaqyalın gedib.
Bu barədə paylaşım edən M.Çukayeva rəqsə olan sevgisinin qarşısında heç nəyin dayana bilməyəcəyini bildirib:
“Yağış, su, qar - mənim üçün fərqi yoxdur. Əgər rəqs dərsim varsa, gedirəm. Həyətimizdəki vəziyyətə baxın: mən dərsə gedirəm, amma necə gedirəm? Yola ayaqyalın çıxıram. Həyətimizin hər tərəfi sudur. İnanın ki, heç bir tərəfdən yola çıxmaq olmur”.
Yağan yağışlar səbəbindən həyəti gölməçəyə dönən qadın ayaqqabısız evdən çıxıb və məhlənin ortasında dəsmalla qurulanaraq ayaqqabılarını geyinərək yola davam edib: