AZ

Birbank-ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

Ölkənin ilk rəqəmsal bankı Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib. 08 aprel - 08 may 2026-cı il tarixlərini əhatə edən kampaniya Birbanklılara yığım edərək dəyərli hədiyyələr qazanmaq imkanı yaradır. Kampaniya çərçivəsində Birbank tətbiqində “Səyahət” hədəfini seçərək ən yüksək məbləği toplayan 1 nəfərə 5 000 AZN dəyərində, növbəti 6 iştirakçıya isə hər biri 500 AZN dəyərində olmaqla səyahət kuponu təqdim olunacaq.

“Səyahət marafonu” kampaniyası həm mövcud, həm də yeni Birbank müştəriləri üçün keçərlidir.

Ətraflı məlumat üçün: www.b-b.az/syh Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir.

Seçilən
1
21
publika.az

10Mənbələr