AZ

® “Birbank”ın “Səyahət marafonu” kampaniyası ilə dünyanı kəşf edin

Ölkənin ilk rəqəmsal bankı “Birbank” müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib. 2026-cı il 8 aprel - 8 may tarixlərini əhatə edən kampaniya “Birbank”lılara yığım edərək dəyərli hədiyyələr qazanmaq imkanı yaradır.

Kampaniya çərçivəsində “Birbank” tətbiqində “Səyahət” hədəfini seçərək ən yüksək məbləği toplayan 1 nəfərə 5 min manat dəyərində, növbəti 6 iştirakçıya isə hər biri 500 manat dəyərində olmaqla səyahət kuponu təqdim olunacaq.

“Səyahət marafonu” kampaniyası həm mövcud, həm də yeni “Birbank” müştəriləri üçün keçərlidir.

Ətraflı məlumat üçün: www.b-b.az/syh 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Kapital Bank”ın əmtəə nişanı olan “Birbank”, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “PAŞA Holdinq”ə daxildir.

“Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Seçilən
3
21
azertag.az

10Mənbələr