Azərbaycan I və II Liqasında komanda sayı artırıla bilər.
İdmanxeber.az-a verilən məlumata görə, bununla bağlı çalışmalara start verilib. Federasiya rəhbərliyi hər iki turnirdə komanda sayının artırılmasını nəzərdən keçirir.
Hazırda I Liqada 10, II Liqada isə 12 komanda çıxış edir. Növbəti mövsümdən isə bu rəqəmlər dəyişəcək.
AFFA I Liqada 12, II Liqada isə 14 komandalı çempionatın keçirilməsindən yanadır. Ancaq turnilərə cəlb ediləcək klubların şəraiti və infrasturkturu önəmlidir. Bu səbəbdən də qurumun əməkdaşları tez-tez bölgə komandalarını ziyarət edir.
Onu da əlavə edək ki, növbəti mövsümdən II Liqada büdcə artırmı da gündəmdədir.