Bakı. Trend:
Ölkənin birinci bankı "Kapital Bank" dayanıqlı inkişaf və "yaşılmaliyyələşmə" istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədləbank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə EnerjiEffektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərinverilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və "KapitalBank"ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadəimzalayıblar.
Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyatakeçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi vəşərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsininmonitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredittəşkilatının agentlik qarşısında hesabatlılığına dairmünasibətlərin tənzimlənməsində razılığa gəliblər.
Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalanbu müqavilənin verəcəyi töfhələri vurğulayıb. "Kapital Bank"la2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıranSamir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağındanəminlik ifadə edib.
Fərid Hidayətzadə isə çıxışında "yaşıl layihələr"inmaliyyələşdirilməsinin "Kapital Bank" üçün prioritetistiqamətlərdən olduğunu qeyd edib. O bildirib ki, bu çərçivədəsahibkarlara "yaşıl kreditlər" təqdim olunur, günəş panelləri vəelektrikli avtomobillər üçün şarj məntəqələri kimi layihələrdəstəklənir. Həmçinin o, EMTA ilə imzalanan əməkdaşlıqmüqaviləsinin güzəştli maliyyələşdirmənin genişləndirilməsinəxidmət etməklə yanaşı, resurslardan daha səmərəli istifadəsinə və"yaşıl iqtisadiyyat"ın inkişafına töhfə verəcəyini qeyd edib.
Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir vəAzərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi iləmüştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün https://kapitalbank.azsaytına, 196 Əlaqə Mərkəzinə və ya bankın müxtəlif sosialşəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formadahəyata keçirə bilərsiniz.