AZ

Kapital Bank enerji effektivliyi layihələrinin maliyyələşdirilməsini genişləndirir

Ölkənin birinci bankı Kapital Bank dayanıqlı inkişaf və yaşıl maliyyələşmə istiqamətində fəaliyyətini davam etdirir. Bu məqsədlə bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi EMTA-nın İdarə Heyətinin sədri Samir Axundov və Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini Fərid Hidayətzadə imzalayıblar.

Tərəflər enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsinin təşviqi məqsədilə güzəştli kreditin verilməsi və şərtləri, uçotunun aparılması, təyinatı üzrə istifadəsinin monitorinq qaydası, geri qaytarılması, eləcə də müvəkkil kredit təşkilatının agentlik qarşısında hesabatlılığına dair münasibətlərin tənzimlənməsində razılığa gəliblər.

Samir Axundov öz çıxışında ölkənin aparıcı bankları ilə imzalan bu müqavilənin verəcəyi töfhələri vurğulayıb. Kapital Bank-la 2018-ci ildən etibarən tərəfdaşlığın olduğunu diqqətə çatdıran Samir Axundov yeni istiqamətdə əməkdaşlığın da uğurlu olacağından əminlik ifadə edib.

Seçilən
13
24
publika.az

10Mənbələr