AZ

Azərbaycanda qadın sevgilisinin maşınını qaçırıb QƏZAYA DÜŞDÜ

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin sevgilisinə məxsus olan qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.

Araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
7
lent.az

10Mənbələr