AZ

Abşeronda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb qəza törətdi

Abşeron rayonunda sərxoş qadın sevgilisinin avtomobilini qaçırıb.

NOCOMMENT.az xəbər verir ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, avtomobil sahibinin sevgilisi, 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.

Faktla bağlı araşdırma davam etdirilir./oxu.az/

Seçilən
11
7
nocomment.az

10Mənbələr