AZ

Azərbaycanda qadın sevgilisinin maşınını qaçırıb QƏZA TÖRƏTDİ

Abşeron rayonu Xırdalan şəhəri ərazisində bir nəfərə məxsus “Toyota” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
 
Moderator.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı G.Nəsibova müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma zamanı saxlanılan şəxsin sevgilisinə məxsus olan qaçırdığı avtomobillə spirtli içkinin təsiri altında qəza törətdiyi də məlum olub.
 
Araşdırma davam etdirilir.
Seçilən
12
6
moderator.az

10Mənbələr