AZ

Azərbaycan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur

Azərbaycan dünyanın ən nüfuzlu uşaq kitab sərgilərindən olan Boloniya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən xəbərə görə, sərgidə yerli yazar və naşirlərdən ibarət nümayəndə heyəti iştirak edir.

Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatları tərəfindən azyaşlı oxucular üçün hazırlanmış 200-dən çox adda, ümumilikdə, 250-dən artıq kitab və nəşr məhsulu ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları və illüstratorlarla bir sıra işgüzar görüşlər keçirir. Bu görüşlərdə kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.

Seçilən
2
7
publika.az

10Mənbələr