İtaliyanın Bolonya şəhərində Beynəlxalq Uşaq Kitab Sərgisi fəaliyyətə başlayıb. Dünyanın ən nüfuzlu uşaq kitab təqdimatlarından olan Bolonya sərgisində ölkəmiz Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyi nəzdində Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə milli stendlə təmsil olunur.
Azərbaycan stendində ölkənin aparıcı nəşriyyatlarından “Libra kitab”, “Qələm”, “3 alma”, “Everest”, “Təhsil”, “Ağıllı bala”, “Aspoliqraf”, “Altun kitab”, “Qanun”, “Ting”, “Səbat” və “Radius”un azyaşlı oxucular üçün buraxdığı 200-250-dən artıq kitab sərgilənir.
Uşaq yazarları və naşirlərdən ibarət Azərbaycan heyəti Türkiyə, Çexiya, Sloveniya, İsveç, İtaliya, Polşa, Kanada, Niderland, Almaniya, Fransa, İspaniya və Böyük Britaniyadan olan işgüzar görüşlər keçirir, kitab nəşri, yayımı və beynəlxalq əməkdaşlıq imkanları üzrə müzakirələr aparılır.
Aprelin 16-dək davam edəcək sərgi günlərində Azərbaycan müəlliflərinin kitab təqdimatları, naşirlərimizin beynəlxalq tərəfdaşlarla görüşləri keçiriləcək.
XQ