Turkstan.az saytına istinadən ain.az xəbər verir.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
II Yazı
Sovetlər Birliyi dövründə məqsədli şəkildə xüsusən Əfşarlar, Qacarlar “iranlı”, “persia” adı altında Azərbaycan türklərinə düşmən elan edilib Çarlıq Rusiyasının Qafqazı, o cümlədən Güney Qafqazı və Quzey Azərbaycanı işğal etməsini isə “tərəqqipərvər” Çarlığa birləşdirmə adlandırıb bayram günü kimi qeyd olunmasına cəhdlər göstərilmişdir. Ən geniş yayılmış fikirlərdən biri də o idi ki, Quzey Azərbaycanın Çarlıq tərəfindən işğal olunub Qacarlar dövlətinin tərkbində qalmaması böyük “uğur” imiş. Sovet ideolqlarının apardığı təbliğata görə, Çarlıq işğalı olmasaydı o zaman Quzey Azərbaycan xalqı da Güney Azərbaycan xalqı kimi təhsildən, mədəniyyətdən uzaq qalacaq, bununla da yalnız “tərəqqipərvər”, qabaqcıl Rusiyanın deyil, eyni zamanda Avropa mədəniyyətindən də faydalana bilməyəcəkdi.[1]
Şübhəsiz, bütün bunların fonunda nəinki milli, hər hansı bir obyektiv tarixçiliyin, ədəbiyyatın, dilçiliyin, fəlsəfənin yazılmasından söhbət gedə bilməzdi. Xüsusilə də, repressiya dövründən (1930-cu illərin ortalarından) başlayaraq, hətta, ən azacıq obyektiv və milli ruhlu mülahizələr, baxışlar belə qəbuledilməz olmuşdur. Bu baxımdan “Böyük Rusiya” tərəfdarlarının çoxunun (N.Nərimanov, Ə.Qarayev, S.M.Əfəndiyev, R.Axundov və b.) belə rasional, ya da qeyri-rasional bütün varlıqları ilə marksizm-leninizmə bağlı olmalarına baxmayaraq repressiya olunmalarının əsas səbəbi dünyagörüşcə yarımçıq sovetləşib-ruslaşıb, digər anlamla da yarımçıq türklük şüurunda qalmaları idi. Sovet-Rus ideoloqları üçün türklük şüurundan, Türk dünyagörüşündən tamamilə uzaqlaşmayanlarla sovetləşdirmə, ruslaşdırma siyasətini həyata keçirmək qüsurlu idi və bunun üçün də türksüz “Azərbaycan”nın bəyanından sonra yeni, acımasız bir mərhələ başlamışdır.
Bu məsələ ilə bağlı, hələ, 2014-cü ildə nəşr olunmuş “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)” kitabımızda da bəzi aydınlaşdırmalar aparmışdıq: “1940-1950-ci illərdə hər hansı bir Azərbaycan Türk mütəfəkkirinin milliliyə azacıq meyilliliyi belə Mərkəzçiliyə qarşı çıxış kimi qiymətləndirilirdi. Bu dövrdə milli mədəniyyət və dinlə bağlı irəli sürülən əsas mülahizələrdə zərdüştilik Azərbaycanda fəlsəfi fikrin rüşeymi kimi göstərildiyi halda, “Kitabi-Dədə Qorqud”a tarixi, fəlsəfi və elmi ədəbiyyat kimi lazımi qiyməti verilmir, üstəlik feodalizmin qalığı kimi tənqid olunurdu. Buna səbəb də, “Kitabi-Dədə Qorqud”un “Avesta”dan fərqli olaraq, birmənalı şəkildə Türk mədəni irsinə aid olması idi. Bu baxımdan ziyalıların əksəriyyəti milli mədəniyyətə və ədəbiyyata ya müraciət etmir, ya da yalnız tənqid yazmaqla məşğul olurdular. Çox az saylı mütəfəkkirlər isə özlərində cəsarət taparaq milli mədəniyyət və milli özünəməxsusluğu önə çəkirdilər. Belə mütəfəkkirlərdən biri olan akademik Heydər Hüseynovun materialist filosof olmasına baxmayaraq, “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” (1949) əsərində Şeyx Şamil hərəkatını müsbət qiymətləndirməsi, eləcə də çar Rusiyasını bir qayda olaraq, işğalçı kimi qələm verməsi son nəticədə onun təqiblərə və təzyiqlərə məruz qalmasına səbəb olmuşdur.[2] Bundan “nəticə” çıxardan digər Azərbaycan filosofları (M.Qasımov, M.Ağamirov, F.Q.Köçərli və b.) və ədəbiyyatçıları (M.Rəfili, Ə.Nazim. və b.) əsərlərində islamçılığı və türkçülüyü tənqid etməklə yanaşı, “böyük qardaşın” – rusların Çar Rusiyasının və Sovet Rusiyasının timsalında Azərbaycanı işğal etməsinə haqq qazandırır, bir çox Azərbaycan Türk mütəfəkkirlərinin rus ictimai fikrindən ilham aldığını yazırdılar”.[3]
Bütün bunların nəticəsi olaraq 1966-cı ildə nəşr olunan “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında da iddia olunurdu ki, Azərbaycan xalqının əcdadları soykökcə Türk olmayan midiyalılar, albanlar, kaspilər olublar. Xüsusilə, burada midiyalılar Azərbaycan xalqının əsas əcdadı kimi göstərilir və bu prizmadan çıxış edən müəlliflərə görə Azərbaycan xalqının qədim dövrdə və erkən orta əsrlərdə dini-mənəvi dünyagörüşünün öyrənilməsində Azərbaycandan olan “midiyalı” Zərdüştün adı ilə bağlı zərdüştilik və onun müqəddəs kitabı “Avesta” mühüm yer tutmuşdur.[4] Bu kitabın müəlliflərinə görə ilk orta əsrlərdə meydana çıxmış maniliklə məzdəkizmin baniləri, yəni uyğun olaraq Mani və Məzdək də mənşəcə “iranlı” olmuşlar. Belə ki, guya Maninin anası “İran” mənşəli arşakilər sülaləsindən, Məzdəkin atası isə suriyalı Bəmdad olmuşdur.[5]
Bütün bunlarda əsas məqsəd türksüzləşdirmə siyasəti çərçivəsində etnik mənşəcə irandilli midiyalı, ya da qafqazdilli alban, ancaq danışdığı dilə görə türkdilli elan edilmiş “Azərbaycan xalqı”nın buna uyğun olaraq tarix, fəlsəfə tarixi, ədəbiyyat tarixi, dilçilik tarixi, mədəniyyət tarixini ortaya qoymaq idi. Üstəlik, həmin “Azərbaycan xalqı”nın bir millət kimi formalaşmasının XIX əsrin ikinci yarısına aid edilməsi də təsadüfi olmamışdı. Hər halda Quzey Azərbaycan türklərinin varlığının bütün vasitələrlə inkarı fonunda, guya türklərin buraya “gəlmə” olması, üstəlik “gəlmə” türklərin dünyagörüşcə vəhşi, barbar olub “mədəni”, “yerli” qafqazdilli, irandilli xalqları türkləşdirməsi mülahizələri məhz türksüz “Azərbaycan milləti”nin formalaşmasına hesablanmışdı. Bu cür əsassız, uydurma mülahizələrlə, yəni Azərbaycan xalqının Türk olmamasını, sadəcə, zorla türkləşdirilib hazırda Türk dillərindən birində danışmasını, bu xalqın daim imperiyaların işğalı altında olmasını təbliğ etməklə yanaşı, yalnız XVIII əsrdən etibarən əvvəlcə xanlıqlar, daha sonra da Çarlığın işğalı dövründə Avropa millətçiliyinin təsiri ilə millət kimi formalaşmasını əsaslandırmağa çalışmışlar.
Bu uydurma Avropa-Sovet tarixçiliyinə görə Orta çağda zorla türkləşdirilmiş, etnik mənşəcə irandilli və qafqazdilli olmuş Azərbaycan xalqına münasibətdə Türk dövlətləri (Səlçuqlar, Baharlılar, Bayandırlılar, Əfşarlar, müəyyən qədər də Səfəvilər və b.), xüsusilə də Osmanlılar, Əfşarlar, Qacarlar hər zaman yad, düşmən və imperialist mövqe tutmuşlar. Guya, Çarlıq Rusiyası da məhz bu imperialist Türk dövlətləri, xüsusilə də Qacarlarla müharibələr nəticəsində Güney Qafqazı, o cümlədən Quzey Azərbaycanı işğal etməklə Azərbaycan xalqını “İran” və Osmanlı zülmündən xilas etmişdir. Bu baxımdan Çarlıq ideoloqları yuxarıda da yazdığımız kimi, imperiya siyasətini pərdələmək üçün Quzey Azərbaycan xalqını etnik mənşəcə türklərdən ayırıb türkdilli elan edir və həmin türkdilli xalqın da əslində qafqazdilli ya da irandilli olub, vaxtilə Səlcuq türkləri tərəfindən zorla türkləşdiyini təbliğ edirdilər.
Beləliklə, yalnız 1960-cı illərdə nəşr olunan “Azərbaycan tarixi” üç cildiliyində deyil, eyni zamanada “Azərbaycan ədəbiyyat tarixi”, “Azərbaycan fəlsəfəsi tarixi” kitablarında da antitürk təbliğatı aparılmış, Quzey Azərbaycan xalqının Türk dövlətlərinin (Səfəvilər, Əşralar, Qacarlar) sözdə “müstəmləkəçi”liyindən qurtulub əvvəlcə xanlıqlara parçalanmasını və daha sonra da çar Rusiyası tərəfindən işğal olunmasını faciə deyil, mütərəqqi, tərəqqipərvər hadisə kimi əsalandırmağa, izah etməyə çalışmışlar. Əsil həqiqəti isə ondan ibarətdir ki, quzeyli-güneyli Azərbaycan xalqı nəinki həmin Türk dövlətlərinin müstəmləkəsi olub, tam əksinə sözükeçən Türk dövlətlərinin özbəöz qurucuları idi. O zaman mümkün deyil ki, həmin dövlətlərin qurucusu və əsas nüvəsi olan Azərbaycan türkləri özü özünün müstəmləkəçisi olsun! Şübhəsiz, bu Sovet-Rus imperiya təfəkkürünün məhsulu olub, Quzey Azərbaycan xalqını mümkün olduğu qədər öz Türk kökündən, Türk dünyagörüşündən uzaq tutmaq və ruspərəst, rusdilli formaya salmağa xidmət etmişdir.
Sovet-Rus ideoloqları bu işi həyata keçirmək üçün də, son iki əsrdə daha çox Quzey Azərbaycan xalqının öz içindən antitürk ruhlu məmurlar, alimlər, müəllimlər təbəqəsi formalaşdırmağa çalışmış və xeyli dərəcədə də bu məsələdə işlər görmüşlər. Xüsusilə də, XX əsrin ikinci yarısında bu proses bütün sahələrdə, o cümlədən də tarix, fəlsəfə tarixi, dilçilik tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi, siyasət tarixi sahələrində aparılmışdır. Bundan fəlsəfəçilər, filosoflar, fəlsəfə tarixçiləri də kənarda qala bilməzdilər ki, bu baxımdan onlar yalnız “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” kitabında deyil, bu sahəyə aid digər yüzlərlə monoqrafiya və kitablarında da eyni antitürk, antiislam ideyaları fonunda fəlsəfəçiliklə, fəlsəfə tarixçiliyi ilə məşğul olmuşlar. Belə ki, marksist-leninçi fəlsəfəçilər Azərbaycan Türk xalqının mütəfəkkirlərini bir tərəfdən mümkün olduğu qədər Türk kimliyindən, Türk fəlsəfəsindən, Türkçülük şüurundan uzaq tutmağa, digər tərəfdən isə onların dünyagörşündə materialist elementlər tapmağa çalışmışlar.
[1] Ələkbərli F.Q. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər).
I hissə. Bakı, “Elm və təhsil”, 2018, s.41-42
[2] Hüseynov Heydər. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, “Şərq-Qərb”, 2007, s.107
[3] Ələkbərov F.Q. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə). Bakı, Elm və təhsil, 2014, s.188-189
[4]Очерк по истории Азербайджанской философии.I том. Баку, Изд-во Ан АзССР,1966, s.20
[5] Yenə orada, s.31-35
OXŞAR XƏBƏRLƏR

Səsin rəssamı və ya kamançanın rəngləri
08:51

Urumlar – Ayrumlar və tarixi kökləri
08:25

Ruh Saklarının və Tuva diyarının Göy Türk uluslarının Vətəni
7 Aprel 14:10

Makedoniya Yazıçılar Birliyinin sədri Zivko Grozdanoski: “Cəmiyyət qlobal miqyasda alov içindədir"
7 Aprel 12:01

Dədəlik və Türk ruhunun irəliyə aparan işığı
7 Aprel 11:38

Türk xalqlarının əlifba və ədəbi dil birliyinə yeni töhfə
7 Aprel 11:25

1918-ci ilin qanlı Mart soyqırımı
7 Aprel 10:26

Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq
7 Aprel 10:11

TDT-nin təkamülündə Bakının rolu
6 Aprel 13:23

Kəlbəcərin ağrılı yaddaşı: Unudulmayan faciələr və qəhrəmanlıq nümunələri
2 Aprel 16:04

Müharibə və mədəniyyət: görünən və görünməyən reallıqların dialektikası
2 Aprel 11:23

OZARBAYJONGA
31 Mart 18:04

Şirin bir uşaqlıq xatirəmdən boylanan Rasim Balayev...
30 Mart 17:26

“31 Mart sadəcə xalqın faciəsi yox, həm də milli ayıqlığa çağırış rəmzidir" - Fazil Mustafa
30 Mart 14:24

Türk Dünyası Naşirlər Birliyi qurulmalıdır
29 Mart 18:51

Çingiz Əlioğlu barədə fəza düşüncələri
29 Mart 17:21

Dövlətin təhlükəsizliyi – millətin sarsılmaz dayağıdır
28 Mart 12:53

Vətən qadının başına gətirilmiş ən böyük bəladır
24 Mart 14:19
REKLAM SAHƏSİ
MANŞET XƏBƏRLƏRİ

Əmək pensiyalarının təyin edilməsi ilə bağlı YENİLİK
13 Aprel 15:34

Qərar verildi - Keşlədəki bu binalar söküləcək
13 Aprel 13:08

Kart ödənişlərində komissiyalara limit qoyuldu
13 Aprel 12:24

Pensiya alanların nəzərinə!
13 Aprel 11:54

Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə - VİDEO
13 Aprel 11:23

Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA
13 Aprel 10:34
SON XƏBƏRLƏR
Millli konsepsiyamızın fəlsəfi əsasları: azərbaycançılılıq, türklük, islamlılıq və insanlıq
09:44

Xəzər sakitləşmir - yenə zəlzələ
09:35

Orada anladım ki, Yol yoldaşıyıq...
09:29

Cərimələrlə bağlı yeni qayda tətbiq oluna bilər
09:23

Zamanın yaddaşında qalan ilk müsahibə - Aqil Camalın 50 illiyinə bir baxış
09:18

Türkiyə Avropada təsirini gücləndirir: Mühüm dəyişikliklər...
09:17

Mətbuat Şurası Aqil Camalı təltif edib
09:06

Səsin rəssamı və ya kamançanın rəngləri
08:51

Urumlar – Ayrumlar və tarixi kökləri
08:25

ABŞ və İran yenidən masaya oturur: Tarix və məkan açıqlandı
13 Aprel 23:48

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO
13 Aprel 23:33

Anar Ələkbərov hər zaman dövlətimiz və dövlətçiliyimiz üçün çalışır
13 Aprel 23:29

Ermənistanda mitinqlər başladı
13 Aprel 23:19

İmamoğlu məsələsi böyüyür: Avropa Türkiyədən izahat tələb etdi
13 Aprel 22:57

Ukrayna bu robotlarla rus ordusunun mövqeyini ələ keçirdi
13 Aprel 22:50

9 milyonluq ölkə ABŞ-ı necə idarə edir? - Karlson
13 Aprel 22:27

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO
13 Aprel 22:05

Dünyanın diqqəti Hörmüzdə: Boğaz ətrafına böyük qüvvə cəlb edildi
13 Aprel 21:34

Gözləntilər puç oldu: ABŞ–İran qarşıdurması daha təhlükəli mərhələyə keçir? - ŞƏRH
13 Aprel 21:20

Aprel ayında Azərbaycana hava sürprizi – Ciddi risk var?
13 Aprel 21:17

Kəlbəcər Turizm Mərkəzi üçün 247 min manatlıq müqavilə bağlandı
13 Aprel 21:10

Britaniya da Hörmüzün blokadasında iştirak edəcək?
13 Aprel 21:01

Pezeşkian Papanı dəstəklədiyini bəyan etdi
13 Aprel 20:13

Baxçalı Netanyahunun bu cür açıqlamalarına sərt cavab verdi
13 Aprel 20:09

Təhdidlər yağdıran Qərargah rəisinə Türkiyənin cavabı gecikmədi
13 Aprel 20:04

Dünya təlaş içindədir! Çin ABŞ-a cavab verdi
13 Aprel 19:55

Bu ölkədə ilk dəfə qadın ordu rəisi olacaq
13 Aprel 19:27

Livanda atəşkəs olmasa, Yaxın Şərqdə sabitlik mümkün deyil - Fon der Leyen
13 Aprel 18:07

Azərbaycanda ət bahalaşacaq - SƏBƏB BUDUR
13 Aprel 18:02

Roma Papası üçüncü Apostol Səfərinə çıxır: Dörd Afrika ölkəsinə səfər edəcək
13 Aprel 17:42

TƏCİLİ! İran ABŞ gəmisini batırdı - VİDEO
13 Aprel 17:32

Çin: Hörmüz boğazından maneəsiz keçid beynəlxalq ictimaiyyətin ortaq marağıdır
13 Aprel 17:29

Zelenski: Ukrayna təhlükəsizlik üzrə 9 ölkə ilə əlaqə saxlayır
13 Aprel 17:22

Orduda qadın rəhbərlər: Nə mane olur?
13 Aprel 17:18

Fransa da ABŞ-a qarşı çıxdı – Blokada “çökür”
13 Aprel 17:05

İrandan ABŞ-a: Digər kartlarımızı da oynayacağıq!
13 Aprel 16:57

İran qonşularını vurmağa davam edəcək - EKSPERT RƏYİ
13 Aprel 16:52

ABŞ-ın yeni F-47 təyyarələrinin texnologiyaları gizli saxlanılır
13 Aprel 16:42

Ermənilər ŞOKDA: Paşinyan Azərbaycanla bağlı elə sözlər dedi ki...
13 Aprel 16:28

Haitidə tarixi qəsrdə inanılmaz izdiham: Ən azı 30 nəfər öldü
13 Aprel 16:24
Daha çox xəbər
Bütün xəbərlər
ÇOX OXUNANLAR

Sarkisyan Azərbaycanla müharibə ehtimallarına cavab verdi
25 Mart 15:40

İranı indi tərk edə bilərik: Nəyi götürmək istərdim?
6 Aprel 22:32

Ölkədə yeni maaş modeli: pensiyaya da təsir edəcək
20 Mart 13:51

Azərbaycanda hicab məktəblərdə qadağan olunurmu?
6 Aprel 16:54

General: 1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - VİDEO
25 Mart 22:37

Azərbaycanda 4 saytın sahibidir - 6 milyard dollar pulu var
19 Mart 13:30

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?
2 Aprel 13:39

Ermənistan Azərbaycana yol təklif edir: Azərbaycan isə zəmanət istəyir
14 Mart 11:18

"Sənin saçların çox şabalıdıdır… Kəsək onları, balam… İndi alacaqlar, Bu pul səni sağaldacaq"
15 Mart 16:41

Aşıq Şəmşirin 133 illiyinə həsr olunmuş geniş ictimaiyyət tədbiri keçirildi - FOTOLAR
16 Mart 15:48

Vəzifəyə görə vahid maaş olacaq – YENİ TƏLƏB
14 Mart 11:52

DİQQƏT! Bu iynələr xərçəng riskini artırır
14 Mart 14:15

Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
3 Aprel 22:50

Türkiyə səmasında naməlum obyekt - VİDEO
16 Mart 00:19

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.