AZ

Tramp danışıqların uğursuzluğundan QƏZƏBLƏNDİ: Qalibaf, Əraqçi və Baqerini hədəf aldı

ABŞ prezidenti Donald Tramp İran rəsmi nümayəndələri ilə keçirilən gərgin danışıqların nəticəsiz qalmasından sonra sərt bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Tramp Qalibaf, Əraqçi və Baqerinin "hörmətə" baxmayaraq, nüvə məsələsində qətiyyətli mövqe nümayiş etdirdiklərini bildirib.

Onun sözlərinə görə, İran tərəfi Hörmüz boğazını açacağına söz versə də, bu vədi bilərəkdən yerinə yetirməyib.

Tramp qeyd edib ki, Tehranın boğazı minalaması ilə bağlı iddiaları bütün dünyada ciddi narahatlıq və çaşqınlıq yaradıb. O, İranın hərbi donanmasının böyük hissəsinin məhv edildiyini xatırladaraq, bu cür hərəkətlərin ölkənin nüfuzuna düzəlməz zərər vurduğunu vurğulayıb.

Tramp İran heyəti ilə 20 saata yaxın davam edən müzakirələrin detallarına toxunaraq bildirib ki, Tehran öz nüvə ambisiyalarından əl çəkmək niyyətində deyil:

"Bir çox cəhətdən əldə olunan razılaşmalar hərbi əməliyyatların davam etdirilməsindən daha yaxşıdır. Lakin bu maddələrin heç biri nüvə enerjisinin belə qeyri-sabit və mürəkkəb insanların əlinə keçməsinin qarşısını almaq qədər önəmli deyil".

Tramp ABŞ nümayəndələrinin iranlı həmkarları Məhəmməd Baqer Qalibaf, Abbas Əraqçi və Əli Baqeri ilə yaxın münasibət qurmasına və onlara hörmətlə yanaşmasına baxmayaraq, əsas məsələdə güzəşt olmayacağını deyib.

O, bir neçə il əvvəl dediyi sözləri yenidən təkrarlayıb: "İranın heç vaxt nüvə silahı olmayacaq!"

Musavat.com

Seçilən
1
50
musavat.com

10Mənbələr