AZ

Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

Onun sözlərinə görə, blokada tezliklə başlayacaq və burada digər dövlətlər də iştirak edəcəklər. Bununla belə, o, hansı dövlətlərin iştirak edəcəyini açıqlamayıb.

"Hazırkı andan etibarən, dünyanın ən yaxşısı olan ABŞ Hərbi Dəniz Donanması Hörmüz boğazına daxil olmağa və ya onu tərk etməyə çalışan istənilən gəminin bloklanması prosesinə başlayacaq. ABŞ qüvvələri, həmçinin boğazdan keçid üçün İrana pul ödəyən gəmiləri axtaracaq və saxlayacaq. Qeyri-qanuni rüsumlar ödəyənlərin heç biri açıq dənizdə təhlükəsiz keçid əldə etməyəcək" , - deyə Tramp vəd edib.Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
9
news.milli.az

10Mənbələr