AZ

Toyda bədbəxt hadisə: 35 yaşlı kişi vəfat etdi

Ağcabədi rayonunda şadlıq sarayında halı pisləşən 35 yaşlı kişi dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun səhhəti toyda iştirak edərkən anidən pisləşib. Yaxınları S.Nəcəfovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, o, yolda həyatını itirib.

Seçilən
11
3
publika.az

5Mənbələr