AZ

Ağcabədidə toyda halı pisləşən kişi vəfat etdi

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi rayonunda şadlıq sarayında halı pisləşən 35 yaşlı kişi dünyasını dəyişib.

Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş verib.

Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun səhhəti toyda iştirak edərkən anidən pisləşib. Yaxınları S.Nəcəfovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, o, yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
3
avtosfer.az

5Mənbələr