Ajans.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Nəcəfov Samir Vidadi oğlunun səhhəti toyda iştirak edərkən anidən pisləşib. Yaxınları S.Nəcəfovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırmağa çalışsalar da, o, yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır.\ Teleqraf