AZ

Putin və Pezeşkian telefonla müzakirələr apardılar

Rusiya Prezidenti Vladimir Putin ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Yaxın Şərqdəki son vəziyyəti müzakirə ediblər. Telefon danışığı zamanı İran Prezidenti aprelin 11-də İslamabadda keçirilmiş İran–ABŞ danışıqları ilə bağlı qiymətləndirmələrini bölüşüb.

Məsud Pezeşkian, həmçinin, Vladimir Putini və Rusiyadakı pravoslav xristianları Pasxa bayramı münasibətilə təbrik edib.

Kremlin məlumatına görə, İran Prezidenti beynəlxalq platformalarda gərginliyin azaldılmasına yönəlmiş prinsipial mövqeyinə görə Rusiyaya təşəkkürünü bildirib. O, eyni zamanda, İran xalqına göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Seçilən
5
23
publika.az

10Mənbələr