AZ

İranda son döyüşlər zamanı ölənlərin sayı 3 375 nəfərə çatdı

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

ABŞ və İsraillə son müharibə zamanı İranda ölən 3 375 nəfərin şəxsiyyəti müəyyənləşib.

Bakıvaxtı.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Məhkəmə Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani məlumat verib.

Onlardan 2 875-i kişi, 496-sı isə qadındır. Ölənlər arasında 7 nəfər (2,1 faiz) bir yaşdan aşağı, 255 nəfər (7,55 faiz) 1–12 yaş, 121 nəfər (3,58 faiz) isə 13–18 yaş aralığındadır. Həyatını itirənlərdən 1 761 nəfəri (52,18 faiz) 19–40 yaş, 906 nəfəri (26,84 faiz) 41–60 yaş, 223 nəfəri (6,61 faiz) isə 61 yaşdan yuxarı qrupundadır.

Müharibədə ölənlər arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşlarının da olduğu qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
6
bakivaxti.az

7Mənbələr