AZ

İran ABŞ və İsraillə müharibədə ölənlərin sayını açıqlayıb

ABŞ və İsraillə son müharibə zamanı İranda ölən 3 375 nəfərin şəxsiyyəti müəyyənləşib.

İRNA xəbər verir ki, bu barədə İran Məhkəmə Tibbi Ekspertiza Təşkilatının sədri Abbas Məscidi Arani məlumat verib.

Onlardan 2 875-i kişi, 496-sı isə qadındır. Ölənlər arasında 7 nəfər (2,1 faiz) bir yaşdan aşağı, 255 nəfər (7,55 faiz) 1-12 yaş, 121 nəfər (3,58 faiz) isə 13-18 yaş aralığındadır. Həyatını itirənlərdən 1 761 nəfəri (52,18 faiz) 19-40 yaş, 906 nəfəri (26,84 faiz) 41-60 yaş aralığında, 223 nəfəri (6,61 faiz) isə 61 yaşdan yuxarıdır.

Müharibədə ölənlər arasında Əfqanıstan, Suriya, Türkiyə, Pakistan, Çin, İraq və Livan vətəndaşlarının da olduğu qeyd edilib.

Seçilən
16
6
day.az

7Mənbələr