AZ

“Bayern” Bundesliqada yeni qol rekordu müəyyənləşdirdi – ARENA.AZ

“Bayern” futbol üzrə Almaniya çempionatının (Bundesliqa) bir mövsümündə vurduğu qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Arena.az xəbər verir ki, Münhen təmsilçilərinin futbolçuları Bundesliqanın 2025/2026-cı illər mövsümünün 29-cu turunda qarşılaşdıqları “Sankt Pauli” ilə səfər matçında 5 dəfə fərqləniblər.

Ümumilikdə Münhen klubu turnirin cari mövsümündə 105 qol vurub. Əvvəlki rekord da 1971/1972-ci illər mövsümündə çempionatda rəqib qapılarından 101 dəfə top keçirmiş “Bayern”ə məxsus idi.

Xatırladaq ki, münhenlilər həm də Almaniya çempionatında qələbələrin sayına (34) görə rekordçudur.

Münhen təmsilçisi cari mövsümdə keçirdiyi 29 oyunda 24 qələbə qazanıb, 4 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb. 76 xala malik Vensan Kompaninin komandası vahid liderdir. Bu komandanı 64 xalı olan Dortmund “Borussiya”sı izləyir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
22
11
arena.az

10Mənbələr