AZ

Saşa İliç “Turan Tovuz”la matçın hakimlərindən narazı qaldı – ARENA.AZ

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Tovuzda baş tutmuş görüşündə “Sumqayıt” 1:2 hesablı məğlubiyyətə üzülüb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Turan Tovuz”la oynamaq hər dəfə çətin olur. İlk 15 dəqiqədə bir az qorxaq futbol oynadıq. Düzünü deyim ki, belə zəif oyunumuzun səbəbini bilmirəm. Ola bilər ki, stadionda ab-hava oyunçularıma təsir etdi. Öz səhvlərimizdən qollar buraxdıq. Amma ikinci hissədəki oyunumuzdan razıyam. Oyunu kifayət qədər nəzarətimiz altında saxladıq.

Hər oyundan qabaq dua edirik ki, qalib gələk. Artıq bizim avrokuboklar şansımız qalmayıb. Ona görə də hər dəfə ümid edirik ki, gözəl oyun göstərək. Hakimlərlə bağlı məsələlər var. Hər dəfə onların səhvi təsirini göstərir. Özünüz də görürsünüz ki, hansısa oyunda hansısa epizodda penalti yox idi, ya var idi. Məsələn, “Araz-Naxçıvan”la görüş, “Neftçi” ilə matç. Bu gün də əlavə vaxtı daha artıq etmək olardı, amma olmadı. Bu cür kiçik səhvlər də nəticəyə təsir göstərir”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
3
5
arena.az

10Mənbələr