Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Opel” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində Sumqayıt şəhər sakini 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı ölüb.
Qəza zamanı Sumqayıt şəhər sakinləri - 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb.
APA
Tarix: 12 Aprel 2026, 12:54