AZ

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb - YENİLƏNİB

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində Opel” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 1956-cı il təvəllüdlü Paşayeva Valiyə Abdulla qızı ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Sumqayıt şəhər sakinləri - 1980-ci il təvəllüdlü Paşayev Anar Natiq oğlu və 2012-ci il təvəllüdlü Paşayev Mirməhəmməd Anar oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb.

***

saat 10.26

Salyanda avtomobil aşıb, qadın sərnişin ölüb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə səhər saatlarında Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
“Opel” markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan qadın sərnişin ağır xəsarət alıb və xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Seçilən
15
1
apa.az

10Mənbələr