AZ

Gəncədə yaşayan provaslavlar pasxa bayramını qeyd edir - FOTO

GƏNCƏ, 12 aprel. TELEQRAF

Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd edilir.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Gəncə və ətraf bölgələrdə yaşayan pravoslavlar gecədən başlayaraq məbədə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini qeyd edirlər. Ötən gecədən başlayaraq bayram münasibətilə ayinlər icra olunur, ölkəmizdə daimi sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunur.

Məlumat üçün bildirək ki, Gəncə və qərb bölgəsində 200-ə yaxın provaslav ailə yaşayır. Bu insanlar hər il Aleksandr Nevski adına Rus Pravoslav kilsəsinə gələrək dini bayramlarını qeyd edirlər.

Seçilən
43
14
teleqraf.com

10Mənbələr