Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TV xəbər verir ki, Fuad Hemdullayev VAZ-2107 markalı avtomobillə Xaçmaz rayonu, Həsənqala kəndindən rayonun Qusarçay kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1989-cu il təvəllüdlü İzzət Cəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.