AZ

Xaçmazda 37 yaşlı kişi faciəvi şəkildə öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, Fuad Hemdullayev VAZ-2107 markalı avtomobillə Xaçmaz rayonu, Həsənqala kəndindən rayonun Qusarçay kəndi istiqamətində hərəkətdə olarkən yolu keçən piyada 1989-cu il təvəllüdlü İzzət Cəlilovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
22
buta.tv

1Mənbələr