AZ

İran təhlükəsi Vaşinqtonu qorxutdu: Patriot raketlərinə təcili, rekord sifariş

ABŞ Müharibə Nazirliyi Lockheed Martin şirkəti ilə PAC-3 MSE tipli Patriot raket-tutucularının sürətləndirilmiş istehsalı üçün 4,7 milyard dollarlıq müqavilə bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Məlumata görə, Pentaqon əvvəlki planlardan fərqli olaraq istehsal tempini daha da artırmağı tələb edir. Belə ki, əvvəlki razılaşmaya əsasən, illik istehsalın 620 ədəddən 2030-cu ilədək 2000 ədədə çatdırılması nəzərdə tutulsa da, real döyüş şəraiti bu prosesi sürətləndirməyə məcbur edib.

Lockheed Martin şirkətinin Missiles and Fire Control bölməsinin rəhbəri Tim Kexill bildirib ki, istehsal güclərinə, işçi heyətinə və təchizat zəncirinə qoyulan investisiyalar rekord həcmdə raket istehsalına imkan verir. Onun sözlərinə görə, şirkət ABŞ-nin və müttəfiqlərinin ehtiyaclarını qarşılamaq üçün maksimum sürətlə tədarük həyata keçirməyə hazırdır.

Qeyd edək ki, PAC-3 MSE raketləri ballistik və yüksək sürətli hava təhdidlərinə qarşı istifadə olunur və son gərginlik fonunda ABŞ-nin əsas müdafiə alətlərindən birinə çevrilib. Bununla yanaşı, bu sistemlərin tətbiqi ciddi maliyyə yükü yaradır – hər bir Patriot buraxılışı milyonlarla dollara başa gəlir.

Musavat.com

Seçilən
29
24
musavat.com

10Mənbələr