AZ

Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 10-daHeydər Əliyev Mərkəzində olub.

Trend xəbər verir ki, HeydərƏliyev Mərkəzinin direktoru Anar Ələkbərov qonağa dünyamemarlığının nadir incilərindən sayılan Mərkəzin binası haqqındaməlumat verib. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin fəaliyyətiAzərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilikfəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərinirsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə,həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasınınmüxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Baş nazir İnqa Ruqiniene əvvəlcə Ulu Öndərin Azərbaycanarəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmiistifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti, həm də müstəqillikillərində fəaliyyətinin müxtəlif dövrlərini əks etdirəneksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraqdoğurub.

“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan İnqa Ruqinieneyəbu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi,mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyibildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycanxalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğıalətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğudiqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin,qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər buradamüxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Daha sonra qonaq “Kukla incəsənətdə” sərgisi ilə tanış olub.Bildirilib ki, sərgidə çini, kağız, plastik, taxta və parçadanhazırlanan ənənəvi kuklalarla yanaşı, müasir texnologiyalardanistifadə olunaraq yaradılan modern kuklalar da mövcuddur.

"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdansonra İnqa Ruqiniene Azərbaycan xalçalarından ibarət "İlmələrinrəqsi" sərgisinə baxış keçirib.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Baş nazir dahasonra xatirə kitabına ürək sözlərini yazıb.

Sonda Litvanın Baş nazirinə xatirə hədiyyəsi təqdim edilib, o,Mərkəzdən xoş təəssüratla ayrılıb.

Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Litvanın
Məqalədə:
Seçilən
9
22
az.trend.az

10Mənbələr