AZ

Baş katib: Tramp NATO-dan çox məyusdur, yanımızda olmadılar

ABŞ prezidenti Donald Tramp bir çox NATO müttəfiqinin İrana qarşı ABŞ-İsrail müharibəsini istədiyi qədər dəstəkləməməsindən "açıq-aşkar məyus"dur. 

Ölkə.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte  Donald Trampla görüşdən sonra CNN-ə verdiyi müsahibədə deyib.

Rutte görüşü "iki yaxşı dost" arasında səmimi və açıq müzakirə kimi xarakterizə edib.
O Trampa bir çox Avropa ölkəsinin logistika dəstəyi, uçuşların təşkili və bazalara ev sahibliyi də daxil olmaqla, digər yollarla kömək etdiyini də bildirib.

Rutte ABŞ-ın hələ də NATO-dan çıxmağı düşünüb-düşünmədiyinə dair suala cavab verməkdən imtina etdi. "Dediyim kimi, əlbəttə ki, məyusluq var, amma eyni zamanda o, mənim arqumentlərimi diqqətlə dinlədi", - Rutte vurğulayıb.
O əlavə edib ki, Avropanın əksəriyyəti İranın "xaos ixrac etmək" qabiliyyətinin aradan qaldırılması məsələsində Trampı dəstəkləyir.

Baş katib Mark Rutte ilə görüşdən sonra Donald Tramp müttəfiqlərini İran müharibəsi ilə bağlı mövqeyinə görə sərt tənqid edərək deyib ki, NATO yanımızda deyildi.
"NATO ehtiyac duyduğumuz zaman orada deyildi və yenidən ehtiyac duyduğumuz zaman orada olmayacaq", - Tramp NATO-nun baş katibi Mark Rutte ilə danışıqlardan  sonra “Truth Social sosial mediasında yazıb.  

 Mürtəza

Seçilən
42
50
olke.az

10Mənbələr