AZ

"Fənərbağça"dan yarımçıq qalmış transfer həmləsi - FOTO

Darvin Nunyesin Səudiyyə Ərəbistanı karyerası qısa sürə bilər.

Ölkə.az xəbər verir ki, idmançı qarşıdan gələn yay "transfer pəncərəsi"ndə hazırkı klubu "Əl-Hilal"la yollarını ayırmağa hazırlaşır.

Məlumata görə, 26 yaşlı hücumçu baş məşqçi Simone İnzaginin gələcək planlarında yer almır. Məhz bu vacib amil uruqvaylı futbolçunun cari mövsümün sonunda klubunu dəyişmək ehtimalını daha da gücləndirir.

"Fənərbağça" klubu yay transfer pəncərəsində 26 yaşlı forvardı heyətinə qatmaq niyyətindədir. Rəhbərlik yanvar ayında transferin reallaşmasına az qalmış vergi məsələləri səbəbindən razılaşma baş tutmayan Nunyes üçün daha uyğun şərtlərdə anlaşma hazırlayır.

Xatırladaq ki, Nunyes "Əl-Hilal"ın heyətinə ötən ilin avqust ayında qoşulmuşdu. Geridə qalan müddət ərzində Darvin bütün turnirlər daxil olmaqla 24 dəfə meydana çıxıb, rəqib qapılarından 9 top keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Hazırda onun təmsil etdiyi "Əl-Hilal" komandası Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.(oxu.az)

Fənərbağçadan yarımçıq qalmış transfer həmləsi - FOTO

Seçilən
34
18
olke.az

10Mənbələr