AZ

"Fənərbaxça"dan səs-küylü transfer

“Fənərbaxça” Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun hücumçusu Darvin Nunyesi transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi mövsümün fasiləsində Nunyesi transfer etmək istəsə də, vergi məsələləri səbəbindən transfer reallaşmayıb. “Fənərbaxça” futbolçu üçün yeni təklif irəli sürüb.

Qeyd edək ki, Darvin Nunyes ötən il 53 milyon avro qarşılığında “Liverpul”dan “Əl-Hilal”a transfer olub. Mövsümün fasiləsindən sonra isə futbolçu legioner limiti səbəbindən liqa siyahısına daxil edilməyib. Hazırda onun transfer dəyərinin 25 milyon avro olduğu bildirilir.

Seçilən
11
18
metbuat.az

10Mənbələr