AZ

Tehran ABŞ üzərində qələbəsini elan etdi, İsrail vurmağa davam edir…



İsrail Müdafiə Qüvvələri (İMQ) Yaxın Şərqdə elan edilmiş atəşkəsə baxmayaraq, İrana zərbələr endirməyə davam edir.

“Times of Israel" qəzeti bu barədə adı açıqlanmayan təhlükəsizlik rəsmisinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, hazırda İsrailin Livan Hizbullah hərəkatına qarşı hərbi əməliyyatları dayandırdığına dair heç bir dəlil yoxdur.

Lakin bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahunun ofisi eyni zamanda Trampın "İranın dərhal boğazları açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması" şərti ilə atəşkəs elan etmək qərarını dəstəkləyib.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrandan danışıqlar üçün işlək əsas ola biləcək 10 bəndlik təklif aldığını bildirib. İsrailin Ynet portalına görə, razılaşmaya İsrail və Hizbullah arasında hərbi əməliyyatların dayandırılması da daxildir.
Bu arada, İranın Ali Milli Təhlükəsizlik Şurası Tehranın ABŞ üzərində qələbəsini elan edib və iddia edir ki, onun 10 bəndlik təklifini qəbul edib. İran TŞ-nın məlumatına görə, ABŞ Hörmüz boğazına nəzarəti Tehrana buraxmağa, ona kompensasiya ödəməyə, sanksiyaları ləğv etməyə, uranı zənginləşdirməyə davam etməyə icazə verməyə və qoşunlarını Yaxın Şərqdən çıxarmağa razılaşıb.

SAMİRƏ

Seçilən
31
1
baki-xeber.com

10Mənbələr