UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
"Yeni Sabah" xəbər verir ki, Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.
Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gələcəklər.
1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.
Telegram kanalımız