AZ

Maşına bu əşyaları qoymaq qadağandır?

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə avtomobillərə sonradan quraşdırılan monitor və telefon tutacaqları ilə bağlı tətbiq edilən məhdudiyyətlər regionda da müzakirə mövzusuna çevrilib. Bu fonda oxşar qaydaların Azərbaycanda tətbiqi ehtimalı və bunun yol hərəkəti təhlükəsizliyinə təsiri diqqət mərkəzindədir. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, telefon tutacaqlarına qadağa qoymağa ehtiyac yoxdur. "Telefon tutacaqlarına qadağa qoymağa ehtiyac yoxdur. Əksinə, əgər belə bir qadağa tətbiq olunsa, bu, yol-nəqliyyat qəzalarda artıma səbəb ola bilər. Bunun başlıca səbəbi odur ki, sürücülər telefondan istifadə etmək üçün onu əlində tutmağa məcbur qalacaq və bu da onların yol üzrə diqqətini ciddi şəkildə azaldacaq. Nəticədə sürücülərin reaksiya müddəti uzanacaq, qəza riskləri artacaq və ümumilikdə yol hərəkətinin təhlükəsizliyi daha çox təhdid altında olacaq. Başqa sözlə, tutacaqlar sürücülərin həm telefonu rahatlıqla istifadə etməsinə, həm də yol üzrə diqqətlərini qoruyaraq təhlükəsiz sürüş təmin etməsinə imkan verir". Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
50
demokrat.az

10Mənbələr