AZ

Bu ölkədə öləndə məzarınız olmur, qəbir KİRAYƏ VERİLİR VİDEO

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsveçrədə ölüm və dəfn ənənələri digər ölkələrdən fərqli xüsusiyyətləri ilə diqqət çəkir.

Milli.Az xəbər verir ki, məlumata görə, İsveçrədə vətəndaşların şəxsi məzarı yoxdur və dəfn üçün torpaq sahəsi satın alınmır. Məzar yerləri maksimum 20 illik müddətə icarəyə verilir. Bu müddət bitdikdən sonra icarə haqqı ödənməzsə, məzar daşı götürülür və yer başqasına təqdim olunur.

Bu sistem, ölümün ölkədə planlı və nizamlı şəkildə idarə olunmasını təmin edir. Sosial şəbəkələrdə yayılan məlumatlar ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub. Bəzi insanlar bu yanaşmanı rasional və resursları səmərəli idarə edən sistem kimi qiymətləndirirsə, digərləri isə şəxsi məzarın olmamasını qeyri-adi hesab edir.

Ekspertlər bildirir ki, belə model əhalinin sıx yaşadığı şəhərlərdə torpaq resurslarının idarə olunması üçün tətbiq edilir və İsveçrə bu yanaşmanı uzun illərdir uğurla həyata keçirir.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
50
news.milli.az

10Mənbələr